Topdan Sat
Topdan Sat topdansat.app
Topdan Sat

Topdan Sat

Alıcılar üçün İstifadə Şərtləri · topdansat.app

Topdan – Alıcılar üçün İstifadə Şərtləri və Qaydaları

Son yenilənmə tarixi: 27 Avqust 2026

1. Ümumi Müddəalar və Şərtlərin Qəbulu

1.1. Bu İstifadə Şərtləri (bundan sonra "Şərtlər") Topdan (bundan sonra "Platforma") ilə tətbiqdə məhsul almaq məqsədilə "Alıcı" (və ya "Mağaza") kimi qeydiyyatdan keçən hüquqi və ya fiziki şəxs arasındakı hüquqi münasibətləri tənzimləyir.

1.2. Alıcı tətbiqdə qeydiyyatdan keçərək bu sənəddəki bütün müddəaları qeyd-şərtsiz qəbul etdiyini təsdiqləyir.

1.3. Bu platforma B2B (Biznesdən-biznesə) formatında fəaliyyət göstərir. Tətbiq üzərindən alınan məhsullar şəxsi istehlak üçün deyil, təkrar satış və ya biznes fəaliyyətlərində istifadə üçün nəzərdə tutulur.

2. Qeydiyyat, Hesab Təhlükəsizliyi və Doğrulama

2.1. Alıcı hesabı yaratmaq üçün aktiv VÖEN-ə (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) malik olmaq və real fəaliyyət göstərən ticarət və ya xidmət obyekti (supermarket, mini-market, aptek, restoran, kafe, otel, tikinti materialları mağazası, kosmetika salonu və digər ixtisaslaşmış satış mərkəzləri) idarə etmək məcburidir.

2.2. Alıcı qeydiyyat zamanı təqdim etdiyi məlumatların (mağaza/obyekt adı, dəqiq fiziki ünvan, əlaqə nömrəsi, VÖEN) doğruluğuna tam zəmanət verir.

2.3. Hesabın aktivləşdirilməsi Platforma adminlərinin təsdiqindən sonra baş tutur. Platforma şübhəli hallarda (və ya yoxlanış məqsədilə) VÖEN çıxarışı tələb edə bilər.

2.4. Təhlükəsizlik səbəbilə Alıcının Telefon nömrəsi, VÖEN və Region/Kateqoriya məlumatları sərbəst şəkildə dəyişdirilə bilməz. Bu cür dəyişikliklər yalnız Dəstək Xidmətinə müraciət əsasında mümkündür.

3. Sifarişlər, Alqı-Satqı və Çatdırılma

3.1. Platforma yalnız Topdancı və Alıcı arasında əlaqə yaradan, kataloq nümayişi və sifarişlərin idarəolunması xidməti göstərən texnoloji vasitəçidir.

3.2. Alıcı sifarişi təsdiqlədikdə, o, məhsulu qeyd olunan qiymətlə almaq barədə Topdancı qarşısında öhdəlik götürmüş sayılır. Səbəbsiz yerə davamlı olaraq sifarişdən imtina edən Alıcıların hesabı məhdudlaşdırıla bilər.

3.3. Çatdırılma zonaları və müddətləri Topdancılar tərəfindən müəyyən edilir. Platforma çatdırılmanın gecikməsinə görə məsuliyyət daşımır.

3.4. Alınan məhsulun keyfiyyəti, zədələnməsi, qablaşdırılması və ya geri qaytarılması (zay mal) şərtləri birbaşa Alıcı ilə Topdancı arasında həll edilir.

4. Ödənişlər və Nisyə (Borc) Sistemi

4.1. Platforma daxilində Alıcının Topdancıya olan borclarını izləmək üçün "Borclar" (Nisyə) modulu fəaliyyət göstərir. Bu modul hər iki tərəfin rahatlığı üçün sadəcə informasiya xarakterli rəqəmsal dəftərçə rolunu oynayır.

4.2. Platforma Alıcının Topdancıya olan borcunu ödəməsinə, ödənişin gecikməsinə və ya maliyyə mübahisələrinə görə heç bir məsuliyyət daşımır.

4.3. Qaimə və fakturaların qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsi tərəflərin (Topdancı və Alıcının) öz vəzifəsidir.

5. Qadağan Olunmuş Fəaliyyətlər

5.1. Alıcıya fərqli dükan adları və ya saxta VÖEN-lərlə birdən çox hesab açmaq qadağandır.

5.2. Alıcı, platformada qadağan olunmuş məhsulların (məsələn, spirtli içkilər) satıldığını və ya Topdancı tərəfindən saxta fakturaların yazıldığını gördükdə, bu barədə Dəstək Xidmətinə məlumat verə bilər.

5.3. Sistemin işinə zərər verəcək süni sifarişlərin (spam) yaradılması qəti qadağandır və hesabın dərhal bloklanması ilə nəticələnəcək.

6. Məsuliyyətin Məhdudlaşdırılması və Hesabın Bloklanması

6.1. Platforma texniki xidmət səbəbindən yaranan qısamüddətli kəsintilərə görə Alıcının ticarət prosesində yaranan axsama üçün maddi məsuliyyət daşımır.

6.2. Platforma, istifadə qaydalarını pozan, topdancılarla mütəmadi olaraq problem yaşayan və ya şikayət alan Alıcının hesabını xəbərdarlıq etmədən dondurmaq və ya tamamilə silmək hüququnu özündə saxlayır.

7. Qanunvericilik və Mübahisələrin Həlli

7.1. Bu Şərtlərlə bağlı yaranan bütün mübahisələr danışıqlar yolu ilə həll edilir. Razılıq əldə olunmadıqda, mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaqdır.