Topdan Sat
Topdan Sat topdansat.app
Topdan Sat

Topdan Sat

Hesabın və Məlumatların Silinməsi · topdansat.app

Hesabın və məlumatların silinməsi

Topdan Sat hesabınızı istənilən vaxt özünüz bağlaya bilərsiniz. Bunun üçün bizə müraciət etmək məcburi deyil — əməliyyat tətbiqin içindədir.

Tətbiqdən silmək

  1. Topdan Sat tətbiqinə daxil olun.
  2. Aşağıdakı menyudan Profil bölməsini açın.
  3. Tənzimləmələr → Hesabı Sil seçin.
  4. Səbəbi qeyd edib Hesabımı Birdəfəlik Sil düyməsini təsdiqləyin.

Tətbiqə girişiniz yoxdursa

Telefonunuzu itirmisinizsə və ya hesaba girə bilmirsinizsə, qeydiyyatdan keçdiyiniz e-poçt ünvanından info@topdansat.app ↗ ünvanına yazın. Mövzu sətrinə Hesabın silinməsi yazmağınız kifayətdir. Müraciətiniz ən geç 30 gün ərzində icra olunur.

Nə silinir, nə qalır

Silinir Saxlanılır
Ad və soyad, telefon nömrəsi, e-poçt ünvanı, giriş açarı (Google / Apple), profil və mağaza şəkilləri, ünvan və çatdırılma bölgələri, mağaza adı və təsviri, məhsul elanları, bildiriş tokenləri. Keçmiş sifariş, qaimə-faktura və ödəniş/borc qeydləri. Bunlar iki tərəf arasındakı maliyyə sənədləridir və qanunla müəyyən müddət saxlanılır. Həmin qeydlərdə hesabınız adsızlaşdırılır — şəxsi və əlaqə məlumatlarınız oradan silinir.
Hesabı bağladıqdan sonra eyni e-poçt və eyni VÖEN ilə yenidən qeydiyyatdan keçmək mümkündür.

Abunəliyiniz varsa

Pro abunəliyi hesabın silinməsi ilə avtomatik dayanmır. Onu ayrıca ləğv edin: Android üçün Google Play → Abunəliklər, iPhone üçün Parametrlər → Apple Hesabı → Abunəliklər.